Naxçıvanda Əmlak Məsələləri Dövlət Xidmətinə elektron müraciətlərin sayı artıb

Naxçıvanda Əmlak Məsələləri Dövlət Xidmətinə elektron müraciətlərin sayı artıb

24 Noyabr 2025

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvanda xidmətlərin daha rahat, şəffaf və operativ göstərilməsi məqsədilə elektron platformaların genişləndirilməsi üzərində işini davam etdirir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə,  2025-ci ilin yanvar-oktyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 6164 elektron müraciət daxil olub. 

Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.