Naxçıvanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 70 faiz artıb

Naxçıvanda dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 70 faiz artıb

26 Noyabr 2025

2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində olan əmlakların icarəyə verilməsi sahəsində işlər davam etdirilib. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan dövrdə 222 yeni icarə müqaviləsi bağlanıb, 159 müqavilənin müddəti uzadılıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə,  cari ilin 10 ayı ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 274 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 297 min manat olmaqla, ümumilikdə 571 min manat vəsait ödənilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə icarəyə verilmiş dövlət əmlakları üzrə daxilolmalarda 70 faiz artım deməkdir.