TDT-yə üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyəti Naxçıvanda ağacəkmə aksiyasında iştirak edib - FOTO
Noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəndə Pürcuvar Dövlət Meşəsində ağacəkmə aksiyası keçirilib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərindən ibarət nümayəndə heyəti və ekokönüllülər iştirak ediblər.
1 hektar əraziyə yerli iqlim şəraitinə uyğun 700 ədəd ayland tingi əkilib.










