Yalan ifadəyə görə məsuliyyətdən azadolma... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Məhkəmədə və ya ibtidai istintaqda yalan ifadə vermiş şəxs bilə-bilə yalan ifadəyə görə məsuliyyətdən azad edilə bilərmi?
Cavab: Cinayət Məcəlləsinin 297-ci maddəsinin qeyd hissəsinə əsasən, şəxs verdiyi ifadənin yalan olduğunu təhqiqat və ya məhkəmə prosesi bitməzdən əvvəl könüllü etiraf edərsə, cinayət məsuliyyətindən azad olunur.
Həmçinin özünə və ya yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək yalan ifadə verən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev








