İxtiraçılıq və patent hüquqlarının pozulmasına görə cəzalar - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İxtiraçılıq və patent hüquqlarını pozmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı cəzalar nəzərdə tutulmuşdur?
Cavab: İxtira və səmərələşdirici təkliflərdən qanunsuz istifadə, müəllifin razılığı olmadan məlumatların dərcədək yayılması, müəllifliyin mənimsənilməsi və ya şərikli müəllifliyə məcbur etmə nəticəsində xeyli ziyan vurulduqda, bu əməllər min manatdan iki min manatadək cərimə və ya 320–480 saat ictimai işlərlə cəzalandırılır.
Sualı cavablandırdı: Şərur rayon prokurorluğunun böyük müstəntiqi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli








