Torpaqların Dövlət ehtiyacları üçün alınması qaydası...

Torpaqların Dövlət ehtiyacları üçün alınması qaydası... HÜQUQ MƏSLƏHƏTİ

26 Noyabr 2025

Sual: Torpaqların dövlət ehtiyacları üçün alınması qanunvericilikdə hansı qaydada həyata keçirilir?

Cavab: Torpaqların dövlət ehtiyacları üçün alınması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun şəkildə aparılır. Qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və torpaq mülkiyyətçisinə yazılı bildiriş göndərilməlidir.

Qanunun 35.3-cü maddəsinə əsasən, alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 gün ərzində:

a) torpağın dəyərini tam ödəyir;

b) torpaqla bağlı hüquqların dövlətə keçməsi üçün zəruri tədbirləri həyata keçirir;

c) torpaq mülkiyyətçinin yaşayış yeri olduqda, ödənişdən sonra köçməsində və yeni yaşayış yerinə yerləşməsində köməklik göstərir.

Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov