Naxçıvanın sabiq deputatı Yavər Rəhimov vəfat edib

Naxçıvanın sabiq deputatı Yavər Rəhimov vəfat edib

04 İyun 2026

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I və II çağırış deputatı, uzun illər yol-nəqliyyat infrastrukturunun inkişafında mühüm xidmətləri olan Yavər Rəhimov vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Yavər Rəhimov Naxçıvanın ən ucqar yaşayış məntəqələrinə yolların çəkilməsi, körpülərin tikintisi və abadlıq işlərinin həyata keçirilməsində fəal iştirak edib. O, həmçinin blokada illərində sərhəd bölgələrində müdafiə məqsədli yolların və istehkamların yaradılmasına rəhbərlik edərək ölkənin müdafiəsinə töhfə verib.

Qeyd edək ki, Yavər Rəhimov Türkiyə ilə Naxçıvan arasında Araz çayı üzərində salınan “Ümid körpüsü”nün tikintisində də yaxından iştirak edib.

Allah rəhmət eləsin.