İşçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etmək məsuliyyətə səbəb olurmu?  -

İşçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etmək məsuliyyətə səbəb olurmu? - HÜQUQ MƏSLƏHƏTİ

20 Noyabr 2025

Sual: İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək məsuliyyətə səbəb olurmu?  

Cavab: Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov