Erkən nikahla bağlı cəza nədir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etməyə görə qanunvericilikdə hansı cəza nəzərdə tutulub?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.2-ci maddəsinə əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə məcbur etməyə görə 3 000–4 000 manat cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








