Cavabdehin axtarışı hansı qaydada nəzərdə tutulub? -

Cavabdehin axtarışı hansı qaydada nəzərdə tutulub? - HÜQUQ MƏSLƏHƏTİ

21 Noyabr 2025

Sual: Cavabdehin axtarışı hansı qaydada nəzərdə tutulmuşdur?

Cavab: Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, xəsarət yetirmə və ya sağlamlığı başqa şəkildə pozma, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur. Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov