Naxçıvanda 58 hərrac keçirilib

Naxçıvanda 58 hərrac keçirilib

25 Noyabr 2025

Bu ilin yanvar–oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti  olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 58 hərrac təşkil olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, hərraclar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.

Keçirilən hərraclar nəticəsində dövlət mülkiyyətində olan 9 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 15 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan  2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı 2 hərrac keçirilib.