Şahbuz rayonunda sahibkarlarla görüş keçirilib - FOTO
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Sahibkarlığın İnkişafı Fondu və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz şəhərində sahibkarların və bank nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Cəlal Paşayev açıb. Daha sonra Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov “Mövcud maliyyə imkanları”, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sektor müdiri Ceyhun Məmmədov isə “Potensial prioritet layihələr” mövzularında sahibkarlara məlumat veriblər. Görüş çərçivəsində Fondun şöbə müdiri İlkin Novruzov təqdimatla çıxış edib.
Sonda iştirakçıların fikir və təklifləri dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb və sahibkarların ünvanladığı suallar cavablandırılıb.













