Alen Simonyan: Azərbaycana səfər etməyə hazıram
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Ermənistan mediasına istinadən xəbər verir ki, o, bunu parlamentdə jurnalistlərə açıqlamasında deyib.
"Mən uyğun bir vaxtda Azərbaycana getməyə hazıram. Həmkarımı (Sahibə Qafarovanı - red.) hər hansı bir formatda Ermənistana dəvət etmək niyyətindəyəm", - A.Simonyan bildirib.








