Qəzənfər Abdullayev Culfa rayon Əbrəqunus kənd sakinləri ilə görüşüb -

Qəzənfər Abdullayev Culfa rayon Əbrəqunus kənd sakinləri ilə görüşüb - FOTO

27 Noyabr 2025

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayonunun Əbrəqunus kəndində sakinlərlə görüş keçirib. Görüş zamanı deputat kəndin sosial-iqtisadi vəziyyəti ilə maraqlanıb, əhalini narahat edən məsələləri dinləyib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sakinlər tərəfindən kəndin mövcud problemləri ilə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər və irəli sürülən təkliflər deputat tərəfindən diqqətlə dinlənilərək qeydə alınıb. Qəzənfər Abdullayev bütün müraciətlərin araşdırılacağını və aidiyyəti üzrə müvafiq qurumlara çatdırılacağını bildirib. 

Görüşün sonunda kənd sakinləri göstərilən diqqətə görə deputata təşəkkürlərini ifadə edib və belə görüşlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıblar.