Məcid Seyidov Sədərəkdə vətəndaşları qəbul edib - FOTO
Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Sədərək rayonunun Heydərabad qəsəbəsində vətəndaşların müraciətlərinə baxılıb.
Mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, öncə Məcid Seyidov və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstəsi qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.
Qəbul zamanı vətəndaşların fikir, təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, işə qəbul, mövcud idman bölmələrində şəraitin yaxşılaşdırılması, inventar dəstəyi və digər məsələlərlə bağlı olub. Müraciətlər yerində nəzərdən keçirilib, həlli istiqamətində işlər görüləcəyi diqqətə çatdırılıb. Nazirliyin səlahiyyəti daxilində və ya birbaşa aidiyyatı olmayan məsələlərin müvafiq qurumlara yönləndirilməsi məqsədəuyğun hesab olunub.













