Naxçıvanda “Füyuzat” jurnalının sərgi-təqdimatı keçiriləcək

Naxçıvanda “Füyuzat” jurnalının sərgi-təqdimatı keçiriləcək

27 Noyabr 2025

28–30 noyabr 2025-ci il tarixində Naxçıvan şəhərində “Füyuzat” jurnalının üz qapaqlarına həsr olunan “Dəyərlərin işığında” sərgisi keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sərgi Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” dərgisi,  "SEVİNC-Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Cahan Holding”, “ENNA” MMC və Elegant Medianın sponsorluğu ilə baş tutacaq.

Sərgi ərəfəsində “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti və milli ideologiyası barədə geniş məlumat veriləcək, eyni zamanda jurnalın üz qapaqlarının hazırlanması prosesi, burada toxunulan istiqamətverici məsələlər və verilən mesajlar barədə məlumatlar bölüşüləcək.

Sərgi 30 noyabr 2025-ci il tarixinə qədər davam edəcək. Sərgiyə giriş ödənişsizdir.

Ünvan: Naxçıvan ş. Əziz Əliyev G2 (Əyləncə adası, Luna kafe).