Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən vətəndaş qəbulu keçiriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən vətəndaş qəbulu keçiriləcək

18 Noyabr 2025

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 8 yanvar 2025-ci il tarixli qrafikinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 25 noyabrın  2025-ci il tarixində Culfa rayonunda səyyar formada vətəndaş qəbulu keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, komitənin sədri İlqar Sadıqov noyabrın 25-i saat 09:30-da Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüşəcək.

Qəbul zamanı tikintiyə icazə icraatı, tikinti layihələrinin şəhərsalma və tikinti qanunvericiliyinə uyğunluğu, torpaq sahələrinin verilməsi, mülkiyyət hüquqlarının pozulması kimi məsələlər, eləcə də Komitənin səlahiyyətlərinə aid digər müraciətlər dinləniləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, ünvan və əlaqə nömrəsini qeyd etməklə aşağıdakı vasitələrlə müraciət edə bilərlər:

📧 info@narxkom.gov.az

📞 (+994 51) 611-24-13

📞 (+994 36) 545-42-91