Naxçıvan Sağlamlıq Mərkəzində qazilər üçün tibbi aksiya keçiriləcək
Noyabrın 22-də Naxçıvan Sağlamlıq Mərkəzində Vətən müharibəsi iştirakçıları olan qazilər üçün genişmiqyaslı tibbi aksiya təşkil olunacaq. Aksiyanın məqsədi qazilərin sağlamlıq vəziyyətinin hərtərəfli müayinəsi, xəstəliklərin erkən aşkarlanması və yerində tibbi xidmətlərin göstərilməsidir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya müddətində terapevtik, kardioloji, nevroloji, oftalmoloji və laborator müayinələr aparılacaq, mütəxəssislər tərəfindən məsləhətlər təqdim olunacaq. İştirak üçün qazilər şəxsiyyət vəsiqəsi ilə Naxçıvan Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.








