Xalq artisti Nazpəri Dostəliyeva Naxçıvanda solo konsert proqramı ilə çıxış edəcək

Xalq artisti Nazpəri Dostəliyeva Naxçıvanda solo konsert proqramı ilə çıxış edəcək

19 Noyabr 2025

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə xalq artisti Nazpəri Dostəliyeva Naxçıvanda solo konsertlə çıxış edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir 5 dekabr saat 19:00-da Naxçıvan Şəhər Heydər Əliyev Sarayında baş tutacaq. Konsertin aparıcısı Saleh Bağırovdur.

Biletləri Heydər Əliyev Sarayının kassasından əldə etmək mümkündür.

Konsertlə bağlı əlavə məlumatı Naxçıvan Dövlət Filarmoniyasının sosial şəbəkə hesablarından və əlaqə nömrəsindən əldə etmək olar:

+994 60 252 30 03.