NQTA sədri Babəkdə vətəndaşları qəbul edəcək

NQTA sədri Babəkdə vətəndaşları qəbul edəcək

17 Noyabr 2025

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2025-ci ilin noyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (NQTA) sədri Səfəralı Nəsirov noyabr ayının 20-si saat 10:00-da Agentliyin 2 saylı regional bölməsinin inzibati binasında (Babək şəhəri, Qoşadizə məhəlləsi) vətəndaşları qəbul edəcək.

'NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@nfsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya +994 (36) 545-28-83 nömrəsi ilə əlaqə saxlayaraq noyabrın 19-dək qəbula yazıla bilərlər.