Culfada Ombudsman tərəfindən vətəndaşların müraciətləri dinləniləcək
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva dekabrın 2-də Culfa rayonunda vətəndaşlarla görüş keçirəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciət etmək istəyən sakinlər saat 10:00-da şəxsiyyət vəsiqəsi ilə Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasına yaxınlaşa bilərlər.
Görüş zamanı vətəndaşların hüquqi məsələlərlə bağlı müraciətlərinə baxılacaq.








