Naxçıvanda meyvə istehsalı artıb

Naxçıvanda meyvə istehsalı artıb

27 Noyabr 2025

2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında meyvə və giləmeyvə istehsalı artaraq 32 100,2 ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur. Eyni zamanda üzüm istehsalında da yüksəliş qeydə alınıb – həmin dövrdə 7 628,5 ton üzüm istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,5% artım deməkdir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Səməddin Əsgərov bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, Azərbaycan Respublikası Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci il sentyabrın 1-dən 2026-cı il mayın 31-dək muxtar respublikada salınacaq meyvə bağlarına indiyədək tətbiq olunmuş ən yüksək birdəfəlik subsidiya məbləğləri veriləcək. İlk dəfə olaraq intensiv meyvə bağları və giləmeyvə bağları da dövlət dəstəyi ala biləcək.

Onun sözlərinə görə, subsidiyaların şərtləri daha da sadələşdirilib, hündürlük meyarı artırılıb, ting tələbi isə azaldılıb. Bu dəyişikliklər Naxçıvanda meyvəçilik və üzümçülüyün inkişafı üçün əlavə imkanlar yaradır.