Naxçıvanda müasir dəmir yolu şəbəkəsinin qurulmasına hazırlıqlar tamamlanır -

Naxçıvanda müasir dəmir yolu şəbəkəsinin qurulmasına hazırlıqlar tamamlanır - EKSKLÜZİV

27 Noyabr 2025

Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri artıq başa çatdırılıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, hazırda layihələndirmə işləri davam edir. Layihələndirmə işlərinin ümumilikdə cari ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Bu mərhələ başa çatdıqdan sonra tikinti işlərinə başlanacaq və Naxçıvan Muxtar Respublikasında müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsi qurulacaq.

Müsahibəni hazırladı:

Nəzrin Umay