Daxili işlər naziri Sədərəkdə vətəndaş qəbulu keçirəcək

Daxili işlər naziri Sədərəkdə vətəndaş qəbulu keçirəcək

18 Noyabr 2025

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov noyabrın 21-də Sədərək Rayon Polis Şöbəsinin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbul saat 10:00-da başlayacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbula yazılmaq istəyən şəxslər Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 21 noyabr 2025-ci il tarixədək Sədərək Rayon Polis Şöbəsinə müraciət edə və ya Naxçıvan MR DİN-in sosial şəbəkə hesabları vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini təqdim etmək tələb olunur.