Şərur rayonunda bədbəxt hadisə baş verib
Hadisə rayonun Gümüşlü kəndində qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1954-cü il təvəllüdlü Yusif Əliyev idarə etdiyi "Maz" markalı yük avtomobilini geriyə sürərkən 1950-ci il təvəllüdlü İsmayılova Leyla Hüseyn qızını vurub.
Qadın aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.








