Hikmət Hacıyev Məryəm bint Əli bin Nasir Əl-Misnəd ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnəd ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Prezidentin köməkçisi bu barədə "X" səhifəsində yazıb.
Tərəflər ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.
Görüş zamanı tərəflər iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi yollarını müzakirə edib və qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığı intensivləşdirmək barədə razılığa gəlib.








