Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

05 Dekabr 2025

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" İsveçin Bakıdakı səfirliyinin sosial şəbəkələrdəki paylaşımına istinadən məlumat verir.

Diplomatik missiyadan bildiriblər ki, Hacıyev və Vinnikov səmərəli müzakirələr aparıb.

"Bu həftə NATO-nun Tbilisidəki Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikov NATO və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıda səfərdə olub. Vinnikovu NATO-nun hərbi əlaqələr zabiti polkovnik Berat Telli müşayiət edib", - İsveç səfirliyindən qeyd ediblər.