Ötən gün 10 nəfər dələduzluğa görə saxlanılıb

Ötən gün 10 nəfər dələduzluğa görə saxlanılıb

06 Dekabr 2025

Dələduzluğa görə axtarışda olan 10 nəfər dekabrın 5-də əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bununla yanaşı, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.