Bu il Azərbaycanda 25 minə yaxın ev tikilib
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumi sahəsi 3 milyon 174.4 min kvadrat metr olan 24 478 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 2.4 dəfə və ya 14196 ədəd artıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə ölkədə ümumi sahəsi 1 milyon 349.6 min kvadrat metr olan 10282 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.
Qeyd edək ki, hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin sayı 17685 ədəd ( illik müqayisədə 2.4 dəfə çox), bina evlərinin sayı isə 6 793 ədəd ( illik müqayisədə 2.2 dəfə çox) təşkil edib.








