Azərbaycanda “Dərhal buraxılış” sistemi tətbiq ediləcək
Azərbaycanda gömrük orqanlarının etibarlı tərəfdaşlarının həyata keçirdiyi idxal-ixrac əməliyyatları üzrə "Dərhal buraxılış" sisteminin tətbiqi nəzərdə tutulub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlədiyi Etibarlı Tərəfdaş Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planında öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, ölkədə gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması planlaşdırılır.








