Nazpəri Dostəliyeva: “Naxçıvan” və “Barı Naxçıvan” mahnılarını oxumağım tamaşaçı sevgisinə cavab idi

Nazpəri Dostəliyeva: “Naxçıvan” və “Barı Naxçıvan” mahnılarını oxumağım tamaşaçı sevgisinə cavab idi

05 Dekabr 2025

Naxçıvanda Heydər Əliyev adına sarayda  Azərbaycan Respublikasının xalq artisti Nazpəri Dostəliyevanın konserti baş tutub.

Sənətçi “NAXÇIVANXƏBƏRLƏRİ"-nə konsert sonrası öz təəssüratlarını bölüşüb. O bildirib ki,  səhnədə tamaşaçı sevgisini aydın şəkildə hiss edib və konsertin ab-havası ona xüsusi enerji verib.

Nazpəri Dostəliyeva səhnəyə çıxan andan etibarən auditoriya ilə qarşılıqlı bağlılığın formalaşdığını qeyd edib:

“Ətrafım sevgi ilə parıldayırdı. Tamaşaçı gözlərimdəki sevgini görəndə, mənim də sevincimin sərhədi olmur. Onların varlığı mənə güc verir, yaşadır”.

Sənətçi konsert proqramında “Naxçıvan” və “Barı Naxçıvan" mahnılarını ifa etməsinin səbəbinə də toxunub. Onun sözlərinə görə, hər iki mahnını böyük həvəslə oxumağı tamaşaçı sevgisinə bir cavab idi.

Xalq artisti onu sevənlərin, xüsusən də uşaqların iştirakı ilə bağlı da fikirlərini bölüşüb və onların konsertə rəng qatdığını bildirib. O, tədbirə qatılan hər bir tamaşaçıya təşəkkürünü çatdıraraq Naxçıvanın enerjisinin onun üçün hər zaman xüsusi olduğunu vurğulayıb.

Müsahibəni hazırladı:

Nəzrin Umay