Texnoloji innovasiyaların turizm müəssisələrinə təsiri

Texnoloji innovasiyaların turizm müəssisələrinə təsiri

03 Dekabr 2025

Müasir qloballaşan dünyada iqtisadiyyatın inkişafını texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. İnformasiyanın zamanında, dürüst və əsaslı şəkildə emalı müəssisələrdə qərar qəbulunda mühüm rol oynayır. Hazırda rəqabətqabiliyyətli bazar mühitində müəssisələrin bazarda mühüm yer tutması və tutduğu mövqedə qalması üçün müəssisələrin daxili mühitində aşağı və yuxarı idarəedici səviyyələr arasında innovativ texnologiyanın tətbiqi zərurətini artırır. Video konfrans, e-poçt, mesajlaşma və digər rəqəmsal vasitələrin yaranması ilə təşkilatlar arasında ünsiyyət daha sürətli, səmərəli, məhsuldar, təsirli və geniş yayılmışdır. Texnologiya inkişaf etdikcə informasiyanı toplamaq və analiz etmək asanlaşır. Müasir dünyanın sosial-iqtisadi göstəriciləri arasında turizm ön sıralardadır. Turizm sənayesinin inkişaf etməsi demək, istehlak mallarının, nəqliyyat, tikinti, ticarət, xidmət sahələrinin də inkişafı deməkdir. Turizm inkişafının yeni fazasına 21-ci əsrdən qədəm qoymuşdur. İnnovasiyaların insan həyatının bütün sahələrinə diffuziyası müəssisələrin böyüməsi naminə menecerlərin də bu axına adaptasiya olmağını tələb edir. Beləcə, turizmdəki yeniliyə doğru dəyişiklik zaman ötdükcə yeni, yüksək keyfiyyətli istehlak mallarının, xidmətlərinin təkmilləşdirilərək bazara çıxarılması deməkdir. Turizmdə innovativ texnologiyaların tətbiqinin əsas məqsədi müştərilərin həyat keyfiyyətlərini, məmnuniyyətlərini artırmaqdır.Müasir dünyada gedən qloballaşma prosesi surətlə inkişaf edərək bütün sahələrin inkişafına birbaşa və dolayı yolla təsir göstərir. Texnologiyanın inkişafı nəticəsində onlayn platformalardan istifadə edərək işçi məmnuniyyətini daha effektli şəkildə yüksəltmək mümkün olmuşdur. İnformasiya texnologiyalarının geniş vüsət alması bütün dünyada biznesin idarə olunması üsullarında köklü dəyişikliyə səbəb olmuşdur. Yaşadığımız pandemiya dövrü müəssisələrdə ənənəvi idarəetmə üsulundan rəqəmsallaşmış idarəetmə üsuluna keçidi sürətləndirmişdir. Texnologiyanın inkişafı sayəsində idarəetmənin, xidmətin təkmilləşdirilməsi, işə qəbul prosesinin, informasiya mübadiləsinin, müştəri xidmətləri və insan resurslarının idarə edilməsinin, xərclərin azaldılması istiqamətində səmərəlilik və effektivliyi artırmaq mümkün olmuşdur. Bütün sahələr üzrə xüsusilə biotexnologiya, nanotexnologiya kimi sahələrdə texnologiya sürətlə irəliləyir. Bu sahə çox diqqət tələb edən perspektivli tədqiqat sahəsidir. Təşkilati innovasiya – müəssisə və heyət innovasiyasına əsaslanaraq, strateji innovasiya, davranış innovasiyası, proses innovasiyası, məhsul innovasiyasını həyata keçirərək gəliri, səmərəliliyi artırıb, xərcləri azaltmaqdır.Müasir dünyada idarəedicilər texnoloji yeniliklərə adaptə olmaqla yanaşı tətbiqi etməyi də bilməlidir. Əks halda 21-ci əsrdə qlobal bazarlarda rəqabətə davamlı olmadıqda uğursuzluqla qarşı- qarşıya qalacaqlardır. Texnoloji innovasiya anlayışı  Texnologiya və innovasiya bir-biri ilə bağlı olan və bir-birini tamamlayan anlayışdır. Texnologiya nədir? İlk öncə bu sualın cavabını verməyə çalışaq. Texnologiya – Elmi və texniki biliklərdən istifadə edərək insan həyatının daha səmərəli, komfortlu şəkildə yaşamasına kömək edən yeni məhsul istehsalıdır. Yeni məhsulu istehsal etmək üçün istifadə olunan istehsal üsulları, avadanlıqlar, alətlər adıçəkilən texnologiya əsasında hasil edilir. Bildiyimiz qədəri ilə texnologiyanın 3 əsas elementi var.

 · Giriş texnologiyası (iş prosesində istifadə olunan material texnologiyası)

· Proses texnologiyası (iş prosesində proses ardıcıllığının təmini)

· İnformasiya texnologiyası (iş prosesi zamanı istifadə olunan informasiya)

Texnologiya anlayışını araşdırdıqdan sonra innovasiya anlayışını da müəyyən edib müqayisə etmək mümkündür. İnnovasiya– yeni fikirlər, üsullar, xidmətləri iqtisadi bir formada istehsal etməkdir. Buna görə də texnologiya və innovasiya anlayışlarını iqtisadi konsepsiya kimi başa düşürük. İnnovasiyayla texnologiya mütəmadi bir-biri ilə əlaqədə olan biri digərini tamamlayan məfhumdur. Texnologiya iqtisadi keyfiyyət qazandıqda innovasiyaya çevrilir və menecerlər innovativ üsulların tətbiqinə çalışmalıdırlar.Texnologiya inkişaf etdikcə sosial həyata təsiri də önəmli dərəcədə artır. Bir müəssisənin ən önəmli tərəfi çatmaq istədiyi məqsədə gediləcək yolda istifadə etdiyi texnologiyadır. Hansı işlər görüləcək, bunları icra edəcək şəxslərə lazım olacaqlar, heyətin işdən məmnuniyyəti, istehsal miqdarı və keyfiyyəti, fərdi və ya qrup şəklində çalışmaq, informasiya mübadiləsi və s. kimi mövzular texnologiya ilə qarşılıqlı nüfuz içindədirlər. Texnologiya fərdi, qrup, təşkilati əlaqələrinə, idarəetmə texnikalarına bilavasitə təsir edir. İnsanın fiziki əməyinə ehtiyac qalmadan həyata keçən fəaliyyətlərdə texnologiyadan ən səmərəli şəkildə istifadə olunur. Çünki texnologiyadan istifadə müəssisələrdə işçi xətalarını, xərclərini, maraq toqquşmalarını xeyli azaldır. Dəyişən və inkişaf edən dünyada texnologiyanın təsiri ilə iqtisadiyyatda 3 yeni balans formalaşmışdır. Bunlar:

 · Sənaye iqtisadiyyatının ənənəvi məhsul istehsalından ayrılması;

· Sənaye iqtisadiyyatı daxilində istehsalın məşğulluqdan ayrılması;

· Ticarətdən çox kapital axınının dünya iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilməsidir.

 Müəssisələrin internetdən istifadə məqsədlərinə görə bölgüsü, faizlə Müəssisələrin internetdən istifadə məqsədlərinə görə bölgüsü, faiz göstəricisi yuxarıdakı cədvəldə qeyd edilmişdir. Müəssisələrin daha səmərəli, məhsuldar hala gəlməsi üçün idarəedicilər texnoloji innovasiyalardan istifadə edir. İdarəedicilərin qarşılaşdığı ən böyük və önəmli problemlərdən biri işçilərlə bağlı olan problemdir. Çünki texnologiya və innovasiyanın təsiri nəticəsində əmək informasiya əsaslı bir elementə keçdiyindən təhsilli işgücünə ehtiyac artmışdır. Texnoloji inkişaf və müəssisələrdə innovasiyanın tətbiqi idarəedicilərin öhdəliklərini daha asan və qısa zamanda yerinə yetirməsinə kömək edir. Yüksək texnologiya nəticəsində idarəedicilər güvənilir, dəqiq datalar əldə edərək effektiv çalışır və daha çox məhsuldarlıq əldə edirlər. İdarəedicilər innovasiyanı tətbiq edərkən müəssisədəki artıq məsrəflərin və münaqişələrin qarşısını asanlıqla almaq üçün bunlara diqqət etməlidirlər:

· İnsan münasibətlərinin zəruriliyinə;

· Tabeliliyindəkilərlə kommunikasiyaya;

 · Müəssisənin maliyyə vəziyyətinin diqqətli və detallı şəkildə gözdən keçirilməsinə.

 Texnoloji yenilikləri tətbiq edərkən yaranan müqavimətin qarşısını almaq üçün menecerlərin istifadə etdiyi üsullar: Texnoloji innovasiyanı uyğun zamanda tətbiq etmək;İşdən çıxarılma qorxusunun aradan qaldırılması; Qarşılıqlı informasiya mübadiləsinin təmini; Texnoloji innovasiyalar üzərində təlimlərin keçirilməsi; Birlik, vəhdət şəklində fəaliyyət göstərmək; Elektron məktubların göndərilməsi və qəbulu Əmtəə və xidmətlər haqqında informasiya əldə edilməsi İnternet bankçılıq Müştərilərə xidmətlərin göstərilməsi Məhsulların real vaxt rejimində satışı Videokonfransların keçirilməsi və ya IP telefoniya ilə əlaqə Onlayn rejimdə yazışma və elanların yerləşdirilməsi İşçi heyəti üçün treninqlərin keçirilməsi Kadrların cəlb edilməsi Təhsil, təlim və inkişafa əhəmiyyət vermək. Turizmdə innovativ dəyişikliklərə təsir edən texnoloji amiləri sadalayarkən ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını və nəqliyyat imkanlarını qeyd etmək lazımdır. Turizm sahəsində innovasiya intellektual fəaliyyətin, əvvəlkilərə bənzəməyən təxəyyülün, yaradıcılığın rasiomallaşdırılmış nəticədidir. Elektron turizm – innovativ dəyişikliklərin bir başqa istiqamətidir. İnsanlar getmək istədikləri ölkələrdəki məkanlar, gəzməli-görməli yerlər, qidalanma, gecələmə, xidmətlər haqqında məlumatı internet vasitəsilə müxtəlif sosial şəbəkələr, online platformalar üzərindən əldə edirlər. Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsindən sonra işğal altında olan ərazilərimizin bərpası ilə əlaqədar olaraq, 2 fevral 2021-ci il tarixində imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin təsdiq edilməsi haqqında Sərəncamına əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair 5 əsas Milli Prioritetin reallaşdırılması üzrə müəyyən edilmiş sahələrdən biri kimi azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının icrası bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş ərazilərimiz eko-turizmi inkişaf etdirmək üçün çox gözəl şəraitə sahibdirlər. Kəlbəcər, Şuşa, Xankəndi şəhərlərində sanatoriya turizmini inkişaf etdirmək üçün turizm zonaları yaradılır. Bu da rayonun, kəndin ümumilikdə ölkənin gəlirinin artmasına səbəb olacaq. Bu yöndə təbliğatın aparılması üçün texnoloji innovasiyaların turizm müəssisələrinə və eləcədə insanlara təsiri əvəzsizdir. Nəticə. Texnoloji innovasiya menecerləri yaxından maraqlandıran faktorlardandır. Onlar sürətlə dəyişən və inkişaf edən rəqabət mühitində üstünlük əldə etmək üçün texnologiyanı və innovasiyanı izləməli, eləcə də daima uzaqgörən olmaqla yanaşı yeniliklərə açıq olmalıdırlar. İdarəedicilərin texnoloji yeniliklərdən qorxmaları və turizm sektorunun ayrı-ayrı müəssisələrində tətbiq etməkdən çəkinmələri məhsuldarlığı aşağı salır. Heyətin yeniliklərə açıq olmaması, innovasiyaya adaptə olmaqda çətinlik çəkməsi menecerlər üçün müxtəlif problemlər yaradır. Hərşeydən əvvəl menecerlər özləri innovasiyaları qəbul etməli və ona ilk onlar uyğunlaşmalıdırlar. Bunu təmin etdikdən sonra heyət üzvlərinin məlumatlandırılması, təlimatlandırılması, öyrədilməsi daha asan olacaqdır.

 Arzu ƏSGƏROV 

Naxçıvan dövlət Texniki kollecin  müəllimi