Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır

Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır

27 Fevral 2026

Azərbaycanda yerli və beynəlxalq vençur kapitalı fondlarından ibarət birgə "Fondlar Fondu"nun yaradılması nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, qurum startap ekosisteminə investisiya qoyuluşunu həyata keçirəcək.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.