Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik

Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik

14 Fevral 2026

Azərbaycanın Kiyevdə səfirliyinin Rusiya tərəfdən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edirik.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirəsində deyib.

Prezident vurğulayıb ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib.

"Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub. Birinci hücuma gəldikdə elə bilirdik bu təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəlikləri, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını vermişdik. Ondan əlavə iki hücum olub. Bu bilərəkdən olaraq Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumdur".

Prezident xatırladıq ki, bunun bağlı Azərbaycanın bəyanatı olub, səfir dəvət olunub, diplomatik nota verilib:

"Yalnız diplomatik formatda addımlar atdıq. Əlavə hər hansı iş görə bilmərik".