İlham Əliyev: TRİPP ABŞ administrasiyası üçün vacib olmasaydı Donald Tramp ona adını verməzdi
Layihə (TRİPP) ABŞ administrasiyası üçün vacib olmasaydı buna ABŞ Prezidenti öz adını verməzdi.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.
"TRİPP layihəsi Donald Trampın adını daşıyır. Bu o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün və ondan sonra da vacib olacaq. Əgər belə olmasaydı Prezident öz adını verməzdi. Onun adının verilməsi bu o deməkdir ki, bu icra olunacaq. Biz tamamilə əminik ki, ABŞ bunun hissəsi olacaq".
İlham Əliyev deyib ki, informasiyaya görə, ABŞ və Ermənistan elə bir şirkət təsis etmək istəyirlər ki, o, fiziki olaraq tikinti işləri aparsın və sərmayələr yatırsın:
"Açıq mənbələrdən bilirik ki, 76% səhmlər ABŞ-yə məxsus olacaq, qalanı Ermənistana. Bu birinci 49 il ərzində olacaq. Daha sonra növbəti 49 illik müddət olacaq. Əgər bu format funksional olsa, bir əsr kimi qüvvədə olacaq".








