İlham Əliyev: Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır
Regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.
Prezident qeyd edib ki, Azərbaycan fiziki infrastruktura sərmayələr yatırıb:
"Birmənalı olaraq regional nəqliyyat qovşaqlarında qonşularla yaxşı münasibətlər olmalıdır. Burada qərb və şərq baxımından Azərbaycan buna çalışır".
Dövlət başçısı qeyd edib ki, Azərbaycanən coğrafi mövqeyi üstünlükdür, lakin müvafiq infrastruktur olmasa bunun mənası hiss edilməz.
"Azərbaycan ərazisi ilə 100 mindən artıq TEO yüklər daşınıb, 250 - 400 min həcminin artırılması nəzərdə tutulur. Dəniz limanlarımızın inkişafına sərmayələr yatırmışıq".








