Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32 milyard 388,8 mal satılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 % artıb.
Xatırladaq ki, yanvar-may aylarının yekununda ölkədə pərakəndə ticarət dövriyyəsi 3,8 % böyümüşdü.








