Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib -

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib - FOTO

05 İyun 2025

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonunun Zeynəddin kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dərhal hadisə yerinə Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri cəlb olunub.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Nəticədə, ümumi sahəsi 195 kvadratmetr olan yaşayış evinin 170 kvadratmetr hissəsi yanıb, 25 kvadratmetr sahə isə yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.