Babək rayonunda Konstitusiya və Suverenlik İli çərçivəsində tədbir keçirilib -

Babək rayonunda Konstitusiya və Suverenlik İli çərçivəsində tədbir keçirilib - FOTO

03 İyun 2025

Babək rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşlarının iştirakı ilə baş tutub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova açaraq, mövzunun əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxışında vurğulayıb ki, Azərbaycan xalqı tarix boyu öz milli kimliyini qoruyaraq müstəqillik ideallarına sadiq qalmış, 1995-ci il noyabrın 12-də ilk Konstitusiyasını qəbul etmişdir.

Tədbirdə həmçinin Ombudsman təsisatının əməkdaşı Həsən Həsənov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Təbrizə Bağırova, Babək Rayon Prokurorluğunun əməkdaşı Gülçin İsgəndərova və YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov mövzu ilə bağlı çıxış ediblər.

Sonda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Dövlətin əsasları” filmi nümayiş olunub.