
Babək rayonunda qeydiyyatsız fəaliyyət göstərən kafenin fəaliyyəti dayandırılıb - FOTO
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayonunun Şıxmahmud kəndində yerləşən, Əhmədov Eldəniz Musa oğluna məxsus kafedə aparılan dövlət nəzarəti tədbirləri zamanı ciddi nöqsanlar aşkar edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı obyektin dövlət qeydiyyatından keçmədiyi, bir işçinin dövri tibbi müayinələrə cəlb olunmadığı, həmçinin qida təhlükəsizliyi sahəsində əsas tələblərə — gigiyenik qaydalar, temperatur rejimi və mal qonşuluğu prinsipinə riayət edilmədiyi müəyyən olunub. Eyni zamanda, kafenin alət və avadanlıqlarının təmiz saxlanılmadığı da aşkarlanıb.
Faktla bağlı müvafiq tədbirlər görülüb və nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Agentlik tərəfindən obyekt sahibinə aşkar olunan pozuntuların aradan qaldırılması üçün göstərişlər verilib.