Babəkdə Xalxal sahəsində metal filizlərinin öyrənilməsi üçün qazma işləri aparılır - FOTO
Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində Babək rayonunun Xalxal sahəsində axtarış-qiymətləndirmə işləri həyata keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ərazidə qara, əlvan və nəcib metalların, o cümlədən əsasən mis, həmçinin yanaşı elementlər kimi qızıl və digər metalların qiymətləndirilməsi nəzərdə tutulur.
Sahədə axtarış marşrutları və yerüstü dağ qazmaları artıq tam həcmdə yerinə yetirilib. Hazırda filiz cisminin daha dərin qatlarının öyrənilməsi məqsədilə kernli buruq qazma işləri davam etdirilir.
Aparılan işlər çərçivəsində mineral ehtiyatların tərkibinin müəyyənləşdirilməsi və Xalxal sahəsinin perspektivliyinin qiymətləndirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir.












