Beynəlxalq axtarışa verilən 4 nəfər Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilən 4 nəfər Azərbaycana ekstradisiya edilib

22 Oktyabr 2025

Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiya saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Respublikasının vətəndaşları Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.