Zəngəzur dəhlizi regionun yükdaşıma potensialını 15 milyon ton artıracaq

Zəngəzur dəhlizi regionun yükdaşıma potensialını 15 milyon ton artıracaq

22 Oktyabr 2025

Zəngəzur dəhlizinin inkişafı region üçün böyük perspektivlər açır və bu, ümumi yükdaşıma potensialına əlavə 15 milyon tonluq imkan qatacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan nəqliyyat marşrutlarının imkanlarını şaxələndirməkdə maraqlıdır və bu baxımdan Cənub marşrutu - Zəngəzur dəhlizi - xüsusi əhəmiyyət daşıyır:

"Biz, bir ölkə olaraq, marşrutların imkanlarını şaxələndirməyə çox maraqlıyıq. Zəngəzur dəhlizi artıq sadəcə müzakirə mövzusu deyil, bu ilin avqustun 8-də tarixində bu layihə faktiki olaraq reallaşdı".

R. Nəbiyev həmçinin bildirib ki, müstəqillik dövründən və Ermənistanla müharibə vəziyyətindən sonra ilk dəfə olaraq, Azərbaycan ərazisindən Ermənistan taxılının tranzitinə icazə verilib.