Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib

Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib

10 İyul 2025

Bu il altı ayı ərzində xüsusilə ağır cinayətlər törətmiş 103 kriminal qrup zərərsizləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Daxili İşlər Nazirliyində 6 ayın yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyilib.

Bildirilib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 305, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qeyri-leqal dövriyyədən 2 ton 958 kiloqram narkotik vasitə çıxarılıb və 151 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.