
Çağırışçılar və hərbi vəzifəlilər barədə məlumatların gec verilməsinə görə hansı cəzalar nəzərdə tutulur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Çağırışçılar və hərbi vəzifəlilər barədə məlumatların gec verilməsinə görə hansı cəzalar nəzərdə tutulur?
Cavab: İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə:
Vəzifəli şəxslər 400 manatdan 600 manatadək,
Hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə edilir.
Həmçinin, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyatı, əlillik statusu, ad, soyad, ata adı dəyişiklikləri, doğum tarixi və yeri, ölüm halları, barələrində cinayət işi başlanması və ya məhkəmə hökmü barədə məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə:
Vəzifəli şəxslər 300 manatdan 500 manatadək,
Hüquqi şəxslər isə 900 manatdan 1100 manatadək məbləğdə cərimə olunur.
Sualı cavablandırdı: Şərur Rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Nurlan Əhmədli