Öldürməklə hədələməyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu? -

Öldürməklə hədələməyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu? - HÜQUQ MƏSLƏHƏTİ

27 May 2025

Sual: Öldürməklə hədələməyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu?

Cavab: Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda:

1000-2000 manat cərimə və ya

2 ilədək müddətə islah işləri və ya

2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya

2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Ordubad rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Tuncay Əsgərli