Səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə hansı cəzalar  müəyyən edilib? -

Səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə hansı cəzalar müəyyən edilib? - HÜQUQ MƏSLƏHƏTİ

23 May 2025

Sual: Dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar tərəfindən səfərbərlik üzrə tədbirlərin həyata keçirilməsinin təmin edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində hansı cəzalar müəyyən edilib?  

Cavab: Müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların vəzifəli şəxsləri tərəfindən səfərbərlik elan edilərkən hərbi vəzifəlilərə vaxtında məlumat verilməməsinə və onların çağırış-toplanış məntəqələrinə və ya hərbi hissələrə gətirilməsinin təmin edilməməsinə görə- dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 

Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə- beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir. 

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli