
Ətraf mühitin mühafizəsi sahəsində dövlətin qarşısında hansı vəzifələr dayanır ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ətraf mühitin mühafizəsi sahəsində dövlətin qarşısında hansı vəzifələr dayanır ?
Cavab: Ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələri “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunda qeyd edilmişdir. Belə ki, həmin vəzifələrə aşağıdakılar daxildir:
1. ətraf mühitin ekoloji tarazlıq və təbiətdən istifadənin müxtəlif sahələri üzrə proqramları hazırlamaq;
2. dövlət ekoloji ekspertizasını təşkil etmək;
3. ətraf mühitin, heyvanlar və bitki aləminin mühafizəsinə, bərpasına və istifadəsinə dövlət nəzarətini həyata keçirmək;
4. heyvanlar və bitki aləminin nadir və yer üzündən yox olması təhlükəsinə məruz qalmış növlərinin dövlət kadastrını aparmaq (“Qırmızı kitab”ı nəşr etmək);
5. beynəlxalq əməkdaşlığı həyata keçirməkdir.
Sualı cavablandırdı: Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Gülçin İsgəndərova