Qətimkan tədbiri seçilərkən nəzərə alınmalı hallar hansılardır? -

Qətimkan tədbiri seçilərkən nəzərə alınmalı hallar hansılardır? - HÜQUQ MƏSLƏHƏTİ

27 May 2025

Sual: Qətimkan tədbirinin seçilməsi zamanı təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə hansı halları nəzərə almalıdır?

Cavab: Qətimkan tədbirinin seçilməsinin zəruriliyi və onlardan hansının konkret şübhəli və ya təqsirləndirilən şəxsə tətbiq edilməsi məsələsi həll edilərkən təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə aşağıdakıları nəzərə almalıdır:

1. şübhəli və ya təqsirləndirilən şəxsə istinad edilən əməlin ağırlığını, xarakterini və törədilmə şəraitini;

2. şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını və səhhətini, məşğuliyyət növünü, ailə, maddi və sosial vəziyyətini, o cümlədən himayəsində şəxslərin və daimi yaşayış yerinin olmasını;

3. əvvəllər cinayətin törədilməsini və qətimkan tədbirinin seçilməsini;

4. şübhəli və ya təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edib-etməməsini, cinayət nəticəsində vurulmuş ziyanın ödənilib-ödənilməməsini və digər əhəmiyyətli halları.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov