İşçi pozulmuş hüquqlarının bərpası üçün hansı orqana müraciət etməlidir? -

İşçi pozulmuş hüquqlarının bərpası üçün hansı orqana müraciət etməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

26 May 2025

Sual: İşçi pozulmuş hüquqlarının bərpası üçün hansı orqana müraciət etməlidir?

Cavab: İşçi Əmək Məcəlləsinin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud Əmək Məcəlləsinin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə Əmək Məcəlləsinin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər.

Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri -Səttar Əsgərov